Ümumi məlumat
Karyera və iş həyatınız boyu Təlim və İnkişaf Mərkəzi əsas dostunuz və yol yoldaşınız olacaq!
Hər bir şirkətin qazancı və əsas kapitalı onun insan kapitalıdır, komandasidir. Uğurlu şirkət isə savadlı və güclü peşəkarların yetişdirilməsində daim maraqlı olmalıdır, məhz bu şirkət öz strategiyasının inkişafına və məqsədlərinə nail olacaq. Qeyd olunanları nəzərə alaraq, City Finance daim öz əməkdaşlarının təlim və inkişafı istiqamətində addımlar atmışdır. Bu istiqamətdə qurur duyacağımız City Finance Təlim və İnkişaf Mərkəzi (T&D) mövcuddur. T&D müxtəlif təlim və seminarların keçirilməsi üçün mükəmməl şəraitə malikdir. Burada 15-ə yaxın təşkilatdaxili təlimlər, o cümlədən daxil attestasiya və seminarlar keçirilir.
- Maliyyə işi ilə tanışlıq
- Müştəri xidməti və davranış
- Kreditləşmə prosesi
- Korporativ kreditlər və analitika
- Vergi işi və əsasları
- Mühasibatlıq
- Xarici dil kursları və s.
Hər il City Finance Təlim və İnkişaf Mərkəzində yüzlərlə əməkdaşımız öz peşəkar səviyyələrini, o cümlədən “soft” və “hard” bacarıqlarını artırırlar. Məhz burada post təlim analizlər zamanı, keçirilmiş təlimlərin faydası və təşkilata təsiri üzrə analizlər aparılır. City Finance Təlim və İnkişaf Mərkəzi təşkilatın insan kapitalının peşəkarcasına formalaşdırılmasında böyük və önəmli rol oynayır.