Xəbərlər

  “City Finance” BOKT nizamnamə kapitalını kəskin artırıb. “City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,75 milyon manat və yaxud 3,75 dəfə artıraraq 1 milyon manatdan 3,75 milyon manata çatdırıb. Bu barədə “Report”a BOKT-un direktoru Tural Əhmədov məlumat verib. Onun sözlərinə görə, kapital artımı üçün kənar investor cəlb olunmayıb və əlavə vəsaiti kredit təşkilatının yeganə təsisçisi “AGA Group” təmin edib. Xatırladaq ki, “City Finance” 2013-cü ildə yaradılıb. Mənbə: Report.Az Sayta keçid edərək tanış ola bilərsiniz:https://report.az/maliyye-xeberleri/city-finance-bokt-nizamname-kapitalini-keskin-artirib/ ...

  “City Finance” BOKT ötən ili mənfəətlə başa vurub. “City Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 93 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 39 min manat zərərlə çıxmışdı. “Report” xəbər verir ki, ötən il “City Finance”ın vergiyəqədərki mənfəəti 116 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 23 min manat (əvvəlki il vergi ödəməyib) təşkil edib. Bu il yanvarın 1-nə “City Finance”ın aktivləri 5,4 milyon manat olub ki, bu da illik müqayisədə 22 dəfə çoxdur. Bunun 5,1 milyon...