Şirkətin missiyası və uğurları

MİSSİYAMIZ
Müştərilərə daha keyfiyyətli xidmət vermək, bizneslərə layihələrində dəyər qatmaq və ölkə iqtisadiyyatına dəstək olmaq.
MƏQSƏDİMİZ
Müştərilərə maksimal dərəcədə faydalı olmaq.
HƏDƏFİMİZ
Qabaqcıl və daha güclü maliyyə qurumuna çevrilmək.

Haqqımızda

“City Finance” Bank Olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti 03 oktyabr 2013-cü il tarixindә Azәrbaycan Respublikasının qanunvericiliyi әsasında mәhdud mәsuliyyәtli cәmiyyәt kimi tәsis edilmişdir. Tәşkilat Azәrbaycan Respublikasında kommersiya bank xidmәtlәri göstәrmәk mәqsәdi ilә qeydiyyatdan keçmiş vә Azәrbaycan Respublikasının Mәrkәzi Bankı (“ARMB”) tәrәfindәn 07 yanvar 2014-cü il tarixindә verilmiş BKT-20 saylı lisenziya ilә fәaliyyәt göstәrir və xüsusi lisenziyası əsasında girov əmanəti qəbul etmək hüququ vardır. 2019-cu ilin fevral ayında təsisçi dəyişikliyi baş vermişdir, BOKT “AQA” Şirkətlər Qrupunun tərkibinə daxil olmuşdur.

BOKT-nin fəaliyyətində əsas məqsəd Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə qısa və uzun müddətli, təminatlı və təminatsız kreditlər verməkdir. Əsas prioritetləri aşağı faiz dərəcələri, rahat ödəmə üsulları və uzun müddətli kreditlərin verilməsi olan “City Finance BOKT” MMC-nin 2013-cü ildən əsas fәaliyyәti müştərilərlə peşəkar, sürətli maliyyə xidmətləri göstərməklə mikro, kiçik və orta bizneslərin inkişafına maliyyə dəstəyi verməkdir. BOKT müxtəlif növ kreditlərin (Faktorinq, Lizinq, Lombard, İstehlak, Mikrokredit, Avtokredit) verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.

Hal-hazırda BOKT-nin əsas prioritet istiqamətlərindən neobankinqə keçid etmək və daha innovativ məhsullar yaratmaqdır.

Son yenilənmə: Yanvar 2025

Qısa məlumat

Tam adı:
“City Finance” Məhdud Məsuliyyətli Cəmiyyəti

Qısa:
City Finance


Qeydiyyat tarixi: 07 yanvar 2014-cü il

Müşahidə Şurasının sədri:
Habib Zadeh Mohammad Reza

Müşahidə Şurasının üzvləri:
Əliyev Arif Mehman oğlu,
Nəzərov Qurban Kamal oğlu

Direktor:
Əhmədov Tural Mahir oğlu

Lisenziya

Bank Olmayan Kredit Təşkilatı City Finance MMC, Azərbaycan Respublikasının Mərkəzi Bankının
7 yanvar 2014-cü il tarixində BKT-20 saylı lisenziyası əsasında fəaliyyət göstərir.