Məxfilik siyasəti
“City Finance BOKT” MMC-nin veb-səhifəsinin məxfilik siyasəti
Bu məxfilik siyasəti, veb-səhifəmizə daxil olan ziyarətçilərin Cəmiyyətə təqdim etdikləri məlumatların toplanması, işlənməsi və məxfiliyinin qorunması ilə bağlı yaranan hüquqi münasibətləri tənzimləyir.
1. Məlumatların toplanması
Cəmiyyət, veb-səhifəmizə daxil olan ziyarətçilərdən qeydiyyatdan keçmək və ya veb-səhifəni nəzərdən keçirmək üçün hər hansı şəxsi məlumatın təqdim edilməsini tələb etmir.
Bundan əlavə, Cəmiyyət, veb-səhifəmizə daxil olan ziyarətçilərin şəxsiyyətini və təqdim etdikləri məlumatların məxfiliyini qorumağı təmin edir.
2. Məlumatlardan istifadə olunması
Cəmiyyət, ziyarətçilərdən könüllü şəkildə toplanan məlumatları aşağıda göstərilən məqsədlər üçün istifadə edir:
- Kredit sifarişi və ya digər məsələlər üzrə verilən sorğulara uyğun xidmətin göstərilməsi;
- Veb-səhifəmizdə yerləşdirilən təlim-tədris və iş elanlarına edilən müraciətlərin qiymətləndirilməsi;
- Ziyarətçilər tərəfindən bildirilən iradların və təkliflərin qiymətləndirilməsi;
- Ziyarətçilərlə qısa müddətdə əlaqə qurulması;
- Veb-səhifənin təkmilləşdirilməsi;
- Bu kimi digər qanuni məqsədlər.
3. Məlumatların saxlanması və üçüncü tərəflərə açıqlanması
Cəmiyyət, veb-səhifəyə daxil olan ziyarətçilərdən “kuki” faylları və qeydiyyat faylları vasitəsilə toplanan məlumatları saxlayır.
4. Kuki faylları nədir?
Kuki (cookie) faylları, ziyarətçilərin veb-səhifəyə daxil olduqları cihazlarda veb-səhifə tərəfindən saxlanan kiçik mətn məlumatlarıdır.
5. Digər veb-səhifələrə keçidlər və linklər
Veb-səhifəmizdə digər veb-səhifələrə aid bəzi keçidlər (linklər) yerləşdirilmişdir. Cəmiyyət digər veb-səhifələrin məxfilik siyasətinə və digər qaydalarına görə heç bir məsuliyyət daşımır.
6. Razılıq ifadəsi
Nəzərinizə çatdırırıq ki, veb-səhifəmizdə təqdim olunan xidmətlərdən istifadə etməklə, siz avtomatik olaraq bu məxfilik siyasətinin bütün şərtləri ilə razı olduğunuzu bildirirsiniz.
7. Dəyişikliklər və yeniliklər haqqında məlumatlandırma
Telefon nömrələrini və ya elektron poçt ünvanlarını könüllü olaraq təqdim edən ziyarətçilər, Cəmiyyətin fəaliyyətində və veb-səhifəsində baş verən dəyişikliklərdən və yeniliklərdən xəbərdar olmaq imkanı əldə edəcəklər.
Son yeniləmə: Yanvar 2025